<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>477</hymn_number>
<lyrics>[V1]
 Qəlbim kədərli olanda, gözlərim yaşla dolanda,
 Qarşında mən diz çökərək dərdimi Sənə deyirəm.

[C1]
   Minnətdaram, minnətdaram, minnətdaram Ataya,
   Minnətdaram, minnətdaram, minnətdaram İsaya.

[V2]
 Ey əbədi, yaşayan Allahım, dərdlərə şərik olan Allahım,
 Şəfa ver mənim ürəyimə Öz diri sözlərinlə.

[V3]
 Qüvvə ver mənə, Allahım, sadiq qalım mən Sənə,
 Qüvvə ver mənə, Allahım, layiq olum mən Sənə.

[V4]
 Ağır gündə,çətin anda kömək edir Rəbbim mənə,
 Sakitləşdirir qəlbimi Öz böyük məhəbbətiylə.</lyrics>
<title>Qəlbim kədərli olanda, gözlərim yaşla dolanda İL477</title>
</song>